Sabahın HAVASI — Hava dumanlı olacaq, yağış yağacaq

HADİSƏ 15 dek 2019, 20:41

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Demokrat.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

 

Şimal-qərb küləyi axşam arabir güclənəcək. 


Havanın temperaturu  gecə 5-7° isti, gündüz  9-12° isti, Bakıda gecə 5-7°, gündüz  10-12°  isti olacaq.


Atmosfer  təzyiqi normadan yüksək  764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 % , gündüz 60-65% olacaq.   


Dekabrın 16-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi cənub rayonlarında, axşam isə ayrı-ayrı şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.  


Qərb küləyi gündüz ayrı ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz  8-13°  isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top