Bu qız 2019-cu ilin “Dünya gözəli” seçildi — FOTO

MARAQLI 15 dek 2019, 13:11

Lodonda “Dünya gözəli-2019” Gözəllik Müsabiqəsinin qalibi seçilib.


Demokrat.az-ın “sputniknews.kz” saytına istinadən verdiyi məlumata görə, tacın sahibi Yamaykadan 23 yaşlı Toni-Enn Sinqx olub.


Toni-Enn Sinqxə tacı “Dünya gözəli-2018”-in qalibi Vanessa Ponse de Leon təqdim edib. Toni-Enn Sinqx gözəllik müsabiqəsində qalib gələn ikinci yamaykalıdır. 


İlk dəfə 1993-cü ildə Yamayka təmsilçisi dünya gözəli seçilib. 


“Dünya gözəli-2019” Gözəllik Müsabiqəsində ikinci yerə fransalı Ofeli Mezino, üçüncü yerə hindistanlı Suman Rao layiq görülüb.(APA)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top