Sümüklərinizi vaxtından əvvəl məhv edən 5 QİDA

MARAQLI 15 dek 2019, 15:36

Qadınlarda sümük əriməsi və zəifləməsi 50 yaşından sonra başlayır, kişilərdə isə sümük sistemi daha gec sıradan çıxır. Əslində belə olmalıdır. Lakin indi gənclərin də sümük sıxlığı, sümük dayaq aparatı, möhkəmliyi norma daxilində deyil. Bunun səbəbləri sümükləri oyub daxildən yeyən, zəiflədən içki və qidaların gündəlik qəbul olunmasıdır.


Demokrat.az medicina.az-a istinadən sümüklərin qənimi olan ərzaqları təqdim edir.


1. Qazlı, şirəli içkilər


Bu içkilərdə olan fosfor turşusu sümüklərdən kalsiumu yuyub aparır


2. Qəhvə


Gündə 3 fincandan artıq, sümüklərə zərərdir. Qəhvədə olan ksantin kalsiumu yuyur. Fikir verin, hər qəhvə içəndən sonra tualetə sidiyə gedirsiz. Bu zaman kalsium yuyulub gedir.


3. Duz, şoraba


Natrium sümükləri kirəcləşdirir, kalsiumu zəiflədir


4. Alkoqol


Orqanizmdən nəinki kalsiumu, digər maddələri də yuyub aparır


5. Qırmızı ət


Sidiklə duz və kalsiumu çıxarır. Çalışın balıq və quş əti çox yeyəsiz

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top