Bakıda 12 minlik saat oğurlandı

HADİSƏ 15 dek 2019, 11:43

Dekabrın 11-nə keçən gecə Yasamal rayonu ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olub.


Daxili İşlər Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Yasamal RPİ 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 


İnşaatçılar prospektində yerləşən mağazadan 12000 manat dəyərində 3 ədəd “Rado” markalı qol saatının oğurlandığı müəyyən edilib.


Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 27-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Abdullayev və T.Qurbanov saxlanılıblar.


Araşdırma aparılır. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top