Bakı metrosunda sərnişin qatar relsləri üzərinə yıxıldı — HƏYƏCANLI ANLAR (FOTO)

HADİSƏ 15 dek 2019, 11:22

Bu gün səhər saat 8:20-8:30 radələrində Bakı metrosunun "Azadlıq prospekti" stansiyasında 20-25 yaşlarında kişi qatar relslərinin üstünə yıxılıb.


Demokrat.az xəbər verir ki, bu barədə jurnalist Səməd Məlikzadə öz “Facebook” səhifəsində məlumat yayıb.


Jurnalist bildirir ki, bir anda iki gənc özünü relslərə yıxılan kişiyə tərəf atdılar və onu qatar keçən ərazidən götürdülər:


“Tezliklə "Dərnəgül" stansiyasından qatarın gəlişi gözlənilirdi. Elə belə də oldu. Təxminən bir dəqiqə keçmiş həmin istiqamətdən gələn qatar stansiyaya daxil oldu. Xoşbəxtlikdən daha ağır faciə baş vermədi. Gənc oğlan huşunu itirmişdi. Biz onun ürək tutmasından yıxıldığı qənaətindəydik. Oğlanı stansiyadakı oturacaqlara uzatdılar. Qadınlardan biri dedi ki, deyəsən epilepsiyası var, barmaqlarını yığılmağa qoymayın və ağzını açın. Belə də etdilər və soydaşımız özünə gəldi. Az sonra polis əməkdaşları onu yanlarına alıb müayinə üçün apardılar. Həmin anda mənə elə gəldi ki, hər şey qaydasındadır”.(Yeni Avaz)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top