Bakıda və Gəncədə kafelər yandı

HADİSƏ 15 dek 2019, 11:01

Bakıda və Gəncədə kafelərdə yanğın olub. 

 

FHN-dən Demokrat.az-a verilən məlumata görə, hadisələrdən biri Gəncə şəhərinin Nizami rayonunda baş verib.  

 

Belə ki, dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 110 m² olan kafenin mətbəxində lambirindən ibarət tavan 10 m² sahədə və 2 ədəd məişət avadanlığı yanıb.  

 

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

 

Digər hadisə isə Bakı şəhərinin Binəqədi rayonunda qeydə alınıb.  

 

Beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan taxta üzlükdən ibarət kafenin mətbəxinin lambirindən ibarət tavanı 5 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb.  

 

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top