Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov təltif edildi

SİYASƏT 14 dek 2019, 23:21

Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov Türkiyə və Azərbaycan Dərnəkləri Federasiyası tərəfindən “Türkiyə və Azərbaycan dostluğunun və qardaşlığının ən yüksək səviyyəyə çıxması üçün göstərdiyi dəstəyə görə” təşkilatın “Təşəkkürnamə”si ilə təltif edilib.


Bu barədə Demokrat.az-a məlumatı adıçəkilən təşkilatın baş katibi Bilal Dündar məlumat verib. Onun sözlərinə görə, məhz Nəsimi bələdiyyəsinin təşəbüsü ilə Nəsimi və Türkiyəinin İzmit bələdiyyəsi 2016-ci ildə qardaşlaşma haqqında memorandum imzalamış, ikitərəfli əməkdaşlıq əlaqələrin qurulması və inkişafı üçün qarşılıqlı səfərlər təşkil edilmişdir.


Bilal Dundarın sözlərinə görə, ötən il Nəsimi bələdiyyəsinin maliyyəsiylə Nəsimi rayonu ərazisində “İzmit Parkı” salınmış və açılışa İzmit bələdiyyəsinin nümayəndə heyət də qatılmışdır. Məhz bələdiyyə sədri bu xidmətlərinə görə, təşilatın idarə heyətini ümimi qərarıyla “Təşəkkürnamə” ilə təltif edilmşdir.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top