Nəsimidə baş verən yanğında iki avtomobil yandı

HADİSƏ 14 dek 2019, 21:02

"Bakı şəhəri, Nəsimi rayonunda, "3-cü mikrorayon bazarı"nın arxasındakı köhnə hamamda baş vermiş yanğın zamanı iki "QAZel" markalı yük avtomobili yanıb.
 

Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib.

 
Onun sözlərinə görə, həmin maşınlar qismən yanıb.

 
"Yanğın ərazinin 300 kvadrat metrini əhatə edib.  Hadisə yerinə 17 yanğınsöndürən maşın və əlavə qüvvələr də daxil olmaqla ümumilikdə 75 canlı heyət cəlb olunub. Yanğının səbəbləri araşdırılır", deyə o bildirib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top