Etibar Məmmədovun partiyası seçkilərə bu namizədlərlə gedir — SİYAHI

SİYASƏT 14 dek 2019, 20:16

Azərbaycan Milli İstiqlal Partiyası növbədənkənar parlament seçkilərində iştirak etməyə qərar verib.

 

Bu barədə Demokrat.az-a AMİP mətbuat və informasiya xidmətindən məlumat verilib.

 

Məlumata görə, bu gün AMİP Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda ilk olaraq AMİP Mərkəzi Şurasının 10 dekabr tarixli iclasının qərarına əsasən 09 fevral 2020-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə iştirak edəcək namizədlərin irəli sürülməsi ilə bağlı məsələ müzakirə edilib.

 

Namizədlərin bir neçə mərhələdə irəli sürülməsi qərar alınmış və ilkin olaraq 11 dairədən namizədlərin irəli sürülməsi təsdiqlənib.

 

Orucov Əli Məhəmməd oğlu                 9 saylı Binəqədi ikinci
Mustafayev Elşən Mansur oğlu             15 saylı Yasamal birinci
Bayramov Rəşad Aydın oğlu                22 saylı Nəsimi ikinci 
Səfərov Məmmədəli Talıb oğlu             25 saylı Nizami ikinci
Əlizadə Arzuxan Baxşəli oğlu               26 saylı Sabunçu birinci
Həsənov Tapdıq Həsən oğlu                 79 saylı İmişli 
Bayramov Elman Əkbər oğlu                81 saylı Beyləqan
Hüseynli Teyyub Həşim oğlu                88 saylı Göyçay
Əliyev Loğman Allahverən oğlu           90 saylı Ağdaş
Xanəlizadə Bəhmən Tofiq oğlu           111 saylı Zaqatala-Balakən
Həsənbəyli Süleyman Yaşar oğlu        119 saylı Ağdam kənd


Siyasi Şuranın iclasında həmçinin ABŞ Senatı tərəfindən “erməni soyqırımı”nın tanınması ilə bağlı qəbul edilən qətnamə müzakirə olunub. AMİP Siyasi Şurası ABŞ Senatı tərəfindən qəbul olunmuş qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası olmadığını bildirərək "erməni soyqırımı" ilə bağlı qərarı qərəzli və ədalətsiz hesab etdiyini bəyan edib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top