İranda dövlət rəsmilərinin ölkədən çıxışına qadağa qoyuldu

DÜNYA 14 dek 2019, 19:24

İranda dövlət şirkətləri rəsmilərinin qeyri-zəruri səfərləri qadağan olunub.


Demokrat.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı İranın vitse-prezidenti İshaq Cahangiri göstəriş verib.


Göstərişdə bildirilir ki, dövlət şirkətlərinin vəsaiti hesabına istənilən qeyri-zəruri, əlavə səfər və xərclər qadağan edilir.


Qeyd olunur ki, bu göstəriş xərclərin azaldılmasına nəzarət qanununun tətbiqi və qənaət məqsədilə verilib.


Bildirilir ki, göstərişə əməl etməmək dövlət əmlakını qeyri-qanuni şəkildə mənimsəmək hesab olunur və həmin şəxslər cinayətə cəlb olunacaq.


Qeyd edək ki, İranda ötən il yayda baş verən güclü devalvasiya və daha sonra noyabrda ABŞ-ın bu ölkəyə sanksiyalar tətbiq etməsi nəticəsində ağır iqtisadi durğunluq yaranıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top