"Qərarım qətidir, seçkilərə qatılmayacam" — Pənah Hüseyn

SİYASƏT 14 dek 2019, 18:06

Azərbaycan Xalq Partiyasının (AXP) sədri, keçmiş Baş Nazir Pənah Hüseyn 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

 

Demokrat.az bildirir ki, bunu modern.az-a açıqlamasında P.Hüseyn özü bildirib.

 

“Sabah partiyanın Mərkəzi Şurasının iclası olacaq və orada növbədənkənar seçkilərlə bağlı qərar qəbul olunacaq. Mən belə hesab edirəm ki, üzvlərimizin hər biri iştirak edə bilər. Təbii ki, partiya mənsubiyyətini göstərməklə. Mənim özümün şəxsən seçkilərə qatılmaq barədə heç bir fikrim yoxdur. Qərarım qətidir, bu gündən etibarən bildirirəm ki, mən seçkilərə qatılmayacam”, - deyə AXP sədri bildirib.

 

Qeyd edək ki, P.Hüseyn 2005-ci il parlament seçkilərində “Azadlıq” seçki blokunun vahid namizədi kimi Sabirabad rayonundan Milli Məclisə deputat seçilib. Sonrakı seçkilərdə isə parlamentə düşə bilməyib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top