Parlament seçkilərində iştirak edəcək partiyaların sayı 9-a çatdı

SİYASƏT 14 dek 2019, 17:25

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 9-a çatıb.


Demokrat.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha altı partiyanın - Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.


Qeyd edək ki, bundan əvvəl 3 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top