Müsavat üzvləri namizədliklərini öz təşəbbüsləri ilə irəli sürürlər — AÇIQLAMA

GÜNDƏM 14 dek 2019, 16:34

Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak formasını açıqlayıb.


Partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı APA-ya açıqlamasında bildirib ki, indiki halda Müsavat Partiyasının üzvləri partiyanın adını qeyd etməklə namizədliklərini öz təşəbbüsləri ilə irəli sürürlər: 


“Biz hələ ki, bu yolu qəbul etmişik. İkinci variant da mümkündür”.


Qeyd edək ki, Müsavat Partiyası gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top