Tanınmış hüquqşünas xan çinarları ilə bağlı həyəcan təbili çaldı

SOSİAL 14 dek 2019, 09:59

Tanınmış hüquqşünas Aslan İsmayılov Mingəçevirdəki xan çinarları ilə bağlı məlumat yayıb.

 

Demokrat.az-ın xəbərinə görə, A.İsmayılov izləyicilərindən ona göndərilən şikayətin mətnini paylaşıb.
 

Şikayətdə bildirilir:
 

“Eşitdiyimə görə, Mingəçevir şəhər Gigiyena və Epidemologiya Mərkəzi özəlləşdirilib yerində obyektlər tikiləcək. Bu park düz şəhərin mərkəzində, diş poliklinikasının önündə yerləşir. Kim tikirsə xeyirli olsun. Amma o ərazidə yüzlərlə 25-30 illik xan çinarları var və onları məhv edəcəklər. Amma icra hakimiyyəti o ərazini park, uşaqlar üçün meydança edə bilər. Bura şəhərin mərkəzində 2 hektara qədər ərazidi və universitetin yanıdır. Eşitdiyimə görə mağazalar tikmək istəyirlər".
 

A.İsmayılov məsələnin diqqətdə saxlanılmasını xahiş edib.
 

Mingəçevir şəhər Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Validə Məmmədova isə məsələyə münasibət bildirib.
 

O deyib ki, Aslan İsmayılova səhv məlumat veriblər: 


"Bu qurumun direktoru mənəm, bütün hüquqi sənədlər isə məndədir. Hüquqi olaraq bu ərazi Səhiyyə Nazirliyinin balansındadır. Burada hər hansı özəlləşmədən söhbət gedə bilməz. Bu ərazi bizim Mərkəzin nəzdindədir, nəinki ağaclar kəsiləcək, əksinə gələcəkdə yeni yaşıllıq zolaqların salınmasını planlaşdırıq".

 

Qeyd edək ki, sözügedən problemi ilk olaraq "7NEWS.az" saytı ictimailəşdirib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top