Taleh Ziyadov Macarıstanın Azərbaycandakı səfiri ilə görüşdü — FOTO

SİYASƏT 13 dek 2019, 22:40

13 dekabr 2019-cu il tarixində Bakı Limanının Baş direktoru Taleh Ziyadov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ilə görüş keçirib.


“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən Demokrat.az-a verilən məlumata görə, baş direktor Azərbaycan və Macarıstan arasında müxtəlif sahələrdə inkişaf edən əlaqələrdən danışıb. Həmçinin limanın yaradılması tarixi, inkişaf planları, həyata keçirdiyi və tam avtomatlaşdırılmış əməliyyatlar, Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanını Xəzər regionunda əsas logistika mərkəzinə çevirmək istiqamətində görülən işlər və gələcək planlara dair geniş məlumat verib.


Bakı Limanının bu ilin oktyabr ayında “Ecoports” sertifikatı alaraq Avropanın 34 limanından biri olduğu barədə qonağa məlumat verilib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top