Şəhid ailəsinin toyunda Manaf oxudu, Hadi Rəcəbli əl qaldırıb oynadı — VİDEO

MARAQLI 13 dek 2019, 21:35

Bu gün ictimaiyyətin bəzi tanınmış şəxsləri şəhid ailəsinin toy mərasimində iştirak edib.


Demokrat.az-ın məlumatına görə, sosial şəbəkələrdə paylaşılan görüntülərdə Müdafiə Nazirliyinin zabit heyəti, sabiq deputatlar Hadi Rəcəbli, Hüseynbala Mirələmov, tanınmış vəkil Şəfiqə Nağıyeva, teleaparıcı Elgiz Əkbər və digər məşhur simalar bu şad gündə fəallıq göstəriblər. Bəy və gəlin, zala  Azərbaycan Dövlət Himninin sədaları altında daxil olub.


Toyun idarəçilyi isə populyar müğənni Manaf Ağayevə tapşırılıb.


Elgiz Əkbərin sözlərinə görə, bəy atasını itirib və onun hər iki əmisi Qarabağ müharibəsində şəhid olub. Aparıcı toyda iştirak edənlərə xüsusi minnətdarlıq edib: "Səsimizə səs verib toyda iştirak edənlərə, təşəkkür bildiririk".

 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Dostlar Şehid ailesinin toyundayiq. Allah xoşbext elesin

A post shared by Elgiz Ekber (@elgizakber) on

 

 

 

Lamiyə Turan

Demokrat.az 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top