Daşkəsəndə 38 yaşlı kişi benzin töküb özünü yandırdı

HADİSƏ 13 dek 2019, 21:54

Daşkəsən rayonunda intihar faktı qeydə alınıb.

 

Demokrat.az xəbər verir ki, baku.ws-in bölgə müxbirinin verdiyi məluamata əsasən, hadisə rayonun Kəmərqaya kəndində qeydə alınıb. Göygöl rayon sakini 1981-ci il təvəllüdlü Ramin Abbasov üzərinə benzin tökərək intihar edib. Adıçəkilən şəxs ətrafdakı insanların köməyi ilə xəstəxanaya aparılsa da, R.Abbasov yolda keçinib.

 

Hadisə yerinə Daşkəsən rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

 

Hələlik hadisənin hansı səbəbdən baş veridyi məlum deyil.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top