Bakının Sulutəpə qəsəbəsi “su içində üzür”: Uşaqlar dərsə getməkdə çətinlik çəkir (VİDEO)

SOSİAL 13 dek 2019, 17:57

Sulutəpə sakinləri yolsuzluqdan əziyyət çəkir.

 

Oxu.Az xəbər verir ki, qış aylarında Ruslan Allahverdiyev küçəsinin yollarındakı gölməçələrdə su qurumur.

 

Qəsəbə sakinləri saytımıza bildirir ki, uşaqlar qışda məktəbə getməkdə çətinlik çəkir. Hətta güclü yağış yağdığı zaman bəzi evlərdən çölə çıxmaq belə mümkün olmur:

 

“Yaxın zamanlarda 158 nömrəli avtobusun yolunu düzəltsələr də, qəsəbədaxili yollar çox bərbad vəziyyətdədir”.

 

Problemlə bağlı Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaq da, zəngimiz cavabsız qaldı.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top