Bakıda ağac lüks avtomobillərin üstünə aşdı — "Axşam toyu olacaqdı..." (VİDEO)

HADİSƏ 13 dek 2019, 17:22

Bakıda ağacın aşması nəticəsində lüks avtomobillərə ziyan dəyib.


Demokrat.az metbuat.az-a istinadən xəbər verir ki, hadisə Zahid Xəlilov küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində baş verib. Böyük ağacın aşması ilə yaxınlıqdakı işıq dirəyi də avtomobillərin üzərinə aşıb. Nəticədə “Mersedes Gle”, “Toyota Camry” və “Mercedes ML” markalı son model avtomobillərə ziyan dəyib.


Məlumata görə, avtomobillərdən birinin sahibinin bu axşam toy mərasimi baş tutacaqmış.


Hadisə yerindən videonu təqdim edirik:

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top