Sorğuya görə "İlin əsas hüquq hadisəsi" müəyyənləşdi — NƏTİCƏLƏR

SOSİAL 13 dek 2019, 16:14

“Hüquq Təhlil və Araşdırmalar” İctimai Birliyi və LAİED.az Elektron Hüquq İnformasiya Daycesti 2019-ci il ərzində baş vermis “İlin əsas hüquq hadisəsi”ni müəyyən etmək məqsədilə sorğu keçirib. 


“Hüquq Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərlinin Demokrat.az-a verdiyi məlumata görə, sorğu dekabrın 13-dək Facebook şəbəkəsi vasitəsilə keçirilib və sorğuda ümumilikdə 150 nəfər respondent iştirak edib.


Sorğunun nəticəsi olaraq respondentlərin 41%-i 2019-cu il ərzində ən yaddaqalan və əsas hadisə olaraq Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin olunmasını qeyd ediblər. 


Rəyi soruşulanların marağını kəsb edən digər iki hadisə isə 13 % səslə Azərbaycanda vəkilliyin 100 illiyi ilə bağlı 2019-cu il ərzində təşkil edilmiş silsilə tədbirlər və 13% səslə Prezident Administrasiyasında kadr və struktur islahatları olub. 
 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top