Bakı-Məşhəd aviareysi açılır

SOSİAL 12 dek 2019, 23:17

İran İslam Respublikası ona dost və yaxın olan Azərbaycan Respublikası ilə əlaqələrinin daha da inkişafı üçün Bakı-Məşhəd istiqamətində birbaşa uçuşlar təşkil edir.

 

Bu barədə Demokrat.az-a İslam Respublikasının Azərbaycandakı Səfirliyindən məlumat verilib.

 

Məlumata görə, aviareyslər həftədə iki dəfə olmaqla, bazar ertəsi və cümə axşamı günlərində həyata keçiriləcək. Planın icraçısı “Baku Star” turizm şirkətidir. Uçuşlar isə “Buta Airlines” aviaşirkəti tərəfindən həyata keçiriləcək.

 

İlk uçuşlara dekabr ayının 16-sından start veriləcək. Bakı-Məşhəd aviareysi üzrə uçuşlar davamlı olaraq 1 il müddətinə həyata keçiriləcək.


“Baku Star” turizm şirkəti və “Buta Airlines” şirkəti bu uçuşların həyata keçirilməsində daha bir İran şirkətilə əməkdaşlıq edir.


“Baku Star Travel”in məlumatına əsasən, zəvvarların sayı çoxalarsa, ola bilsin uçuşlar gündəlik həyata keçirilsin. Uçuşların qiymətinə gəlincə isə Bakı-Məşhəd reysi üzrə uçuş birtərəfli 170 manat, ikitərəfli isə 323 manat təşkil edəcək.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top