Yasamalda yanan elektrik sayğacları təhlükə yaratdı

HADİSƏ 12 dekabr 2019, 22:34

Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın həyəcanı yaşanıb. 

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 12 ədəd sayğac yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 3-ü azyaşlı olmaqla 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top