Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşdü

SİYASƏT 12 dek 2019, 21:52

Latviyada səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bu ölkənin Prezidenti Eqils Levitslə görüşüb.


Demokrat.az-ın xəbərinə görə, görüşdə "Şərq Tərəfdaşlığı" siyasəti, Latviya və Azərbaycan arasında qarşılıqlı əlaqələr, beynəlxalq platformalarda səmərəli əməkdaşlıq və dünyada baş verən siyasi hadisələr müzakirə olunub. 


Tərəflər regional nəqliyyat dəhlizləri və enerji layihələrinin inkişafını, ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını da müzakirə ediblər.


E. Məmmədyarov Latviya Prezidentinə Azərbaycana səfər etməsi ilə bağlı Prezident İlham Əliyevin dəvətini çatdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top