“EuroHome”un sahibindən kompensasiya ilə bağlı AÇIQLAMA (VİDEO)

GÜNDƏM 12 dek 2019, 21:09

“Bizim mövqeyimiz yanğından ziyan çəkmiş kirayəçilərin minimum zərər ilə bu problemdən çıxamalarıdır”.


Demokrat.az “Marja”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə güclü yanğın hadisəsinin baş verdiyi “EuroHome” ticarət mərkəzinin sahibi, “AF Holdinq” şirkətlər qrupunun prezidenti, iş adamı Azay Möhnətov bildirib.

 

Azay Möhnətov, “Başqa sahələrimizdə icarədarları yerləşdirmək üçün dükanlarımız var. İcarədarları tezliklə yerləşdirəcəyik”,- deyib.

 

O, “Kompensasiya olacaq?” sualına, “Kompensasiyanı bilmirəm. Biz kompensasiya əvəzində kirayədən pul almayacağıq. Adamları yerləşdirəcəyik, onlar da işləyib öz zərərlərini aradan qaldıracaqlar”.

 

Azay Möhnətov bildirib ki, obyektin sığortalanmadığı barədə deyilənlər doğru deyil:

 

“Sığorta olunub. Sığorta sənədləri də yanıb, biz indi o sənədlərin kopyalarını əldə etməyə çalışırıq. Axşam bütün kopyalar əlimizdə olacaq”.

 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top