102 FM tezliyi üçün sənəd qəbulu başa çatdı — 5 iddiaçı var

SOSİAL 12 dek 2019, 19:31

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

 

Demokrat.az xəbər verir ki, MTRŞ-nın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadovun APA-ya verdiyi məlumata görə, “Real Təhlil İnformasiya Mərkəzi” MMC, “TV Media Azerbaijan” MMC, “İNS ÇM” MMC, “Balans Studiyası” MMC və “OMD Azerbaijan” MMC müsabiqəyə sənədlərini təqdim ediblər.

 

Şöbə müdiri qeyd edib ki, “Televiziya və radio yayımı haqqında” Qanunun 19.1 maddəsinə əsasən, MTRŞ müsabiqənin başa çatmasından sonrakı 30 gün ərzində müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.

 

Xatırladaq ki, ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz tezliyinə MTRŞ-nın 5 noyabr 2019-cu il tarixli iclasının qərarı ilə 12 noyabrdan 12 dekabradək müsabiqə elan olunub.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top