“Haber Global”: Heydər Əliyev BMT tribunasından dünya siyasətinə yol göstərirdi (VİDEO)

GÜNDƏM 12 dek 2019, 18:08

Türkiyənin “Haber Global” televiziya kanalı Azərbaycanın mərhum Prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunan süjet hazırlayıb.


Demokrat.az-ın məlumatına görə, süjetdə Heydər Əliyevin Azərbaycanı bəlalardan qurtarması, güclü dövlət qurmasından bəhs edilib.


Bildirilib ki, Heydər Əliyev BMT kimi mötəbər bir tribunadan dünya siyasətinə yol göstərən lider idi.


Qeyd olunub ki, Heydər Əliyev Ermənistanın işğalçılıq siyasətini dünyaya sübut etməyi bacarıb.


Süjetdə bildirilib ki, “Əsrin müqaviləsi” və Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycanı gücləndirdi və bölgədə sülh və əmin-amanlıq yaratdı.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top