İsa Qəmbər seçki mesajı verdi, Kirov adına ADU-nun 40 il əvvəlki diplomunu paylaşdı: “Bizimdir, bizim olacaq!”

GÜNDƏM 12 dek 2019, 17:47

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər 40 il əvvəl bitirdiyi Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin diplomunun fotosunu paylaşıb.


Demokrat.az bildirir ki, İsa Qəmbər 2020-ci ilin fevralında keçiriləcək  parlament seçkilərində iştirakla bağlı hazırlaşdığını yazıb: 


“Seçkiyə hazırlıqla bağlı sənədlərimə baxırdım. Yadıma düşdü ki, bu il (2019) yalnız Bakı Dövlət Universitetinin yaradılmasının (1919) 100-cü ildönümü deyil, həm də mənim bu universiteti bitirməyimin (1979) 40-cı ildönümüdür. M. Ə. Rəsulzadə adına BDU bizimdir, bizim olacaq!”.


Sənəddə İsa Qəmbərin BDU-nu 1979-cu ildə Fərqlənmə  diplomu ilə bitirdiyi qeyd olunub.(Azpost.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top