Paşinyan etiraf etdi: "Ermənistanda normal dövlət idarəetmə sistemi yoxdur"

GÜNDƏM 12 dek 2019, 17:36

Bu gün Ermənistan Baş Naziri Nikol Paşinyan hökumətin növbəti iclasında maraqlı açıqlama ilə gündəmə gəlib.


O bildirib: “Bütün builki nəticələr, hökumətin bu il qeydə aldığı bütün iqtisadi göstəricilər dövlət idarəetmə sisteminin və nazirliklərin iştirakı olmadan əldə edilib. Təəssüf ki, bu gün bizdə normal fəaliyyət göstərən idarəetmə sistemi yoxdur”.


Onun sözlərinə görə, böyük nazirliklər var ki, əməkdaşlarının yeganə istəyi tez evə getməkdir. 

 

Paşinyan bir daha vurğulayıb ki, hətta korrupsiyaya qarşı mübarizə də dövlət idarəetmə sisteminə zidd aparılır, çünki hüquq mühafizə orqanları da bu istiqamətdə öz vəzifələrini yerinə yetirməmək üçün bəhanələr tapırlar.


“Etiraf etməliyəm ki, bütün dövlət sistemi inqilaba qarşı müqavimət göstərir. Ancaq mən bu müqaviməti qıracam. Başqa variant yoxdur, çünki Ermənistan xalqı mənim və mənim siyasi komandamın bu ölkədə dəyişikliklər etməsinə səs verib. Hər dəfə bu yalanla yaşamaq kifayətdir. Siz bilirsiniz mənim kabinetimdə nə danışıqlar gedib? Mənə dedilər ki, “şapka”, “otkat” sistemini qoruyub saxlamaq lazımdır, çünki əks təqdirdə iqtisadi xaos baş verəcək. Məni inandırırdılar ki, kapital xərcləri başqa sferalara yönəldim, təki kiminsə dövriyyəsində pul olsun. Mən bunun əleyhinə getdim, buna görə də bildirməliyəm ki, əldə etdiyimiz bütün uğurlar sistemin deyil, bizim təşəbbüsün uğurudur”, – deyə Paşinyan çıxışına davam edib.


Eyni zamanda, Baş Nazir etiraf edib ki, hazırkı kadrları əvəzləyəcək heç kim yoxdur, çünki respublikanın təhsil sistemi sadəcə onları yetişdirmir.(Konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top