"Türk dünyasına Heydər Əliyev kimi lider hər zaman gəlmir" — Türkiyə səfiri

SİYASƏT 12 dek 2019, 17:14

Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları ilə birgə Fəxri xiyabanda Heydər Əliyevin abidəsini ziyarət edib, məzarı önünə gül qoyub, ona ehtiramlarını bildiriblər.

 

Demokrat.az xəbər verir ki, daha sonra Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral daha sonra jurnalistlərə açıqlama verib.

 

"Türk dünyasına Heydər Əliyev kimi lider hər zaman gəlmir. Heydər Əliyev həqiqətən həyatı araşdırılması vacib və gördüyü işlər, fəaliyyəti, davranışı hər kəsin nümunə götürməsi lazım olan dahi şəxsiyyətdir. O, bütün ömrü boyu Azərbaycanın suverenliyini düşünüb, onun müstəqillik qazanacağı günlərin xəyalını qurub, müstəqilliyin bərpasından sonra da ölkəsini necə inkişaf etdirməyi, gücləndirməyi, möhkəmləndirməyi düşünən, ömrünü bu amala həsr edən insan olub. Heydər Əliyev bu yolda öz həyatını təhlükə altına atıb, hər zaman öz canını qurban verməyə hazır olan biri idi", - deyə E.Özoral bildirib.

 

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top