Milyarder Araz Ağalarovun sahibi olduğu "Lotofiş" şirkəti Moskvaətrafında satışa çıxarılan "Lotoşinski" fabrikini satın alıb.
Demokrat.az-ın məlumatına görə, hərraca 120 milyon rubla çıxarılan məkanın yeganə alıcısı elə onlar özləri olublar. Ekspertlərin bildirdiyinə görə, ərazidə 2000-4000 tona yaxın balıq yetişdirmək olar.
"Lotofiş" şirkətinin 90 faizi Araz Ağalarova məxsusdur.
Bildirilib ki, hələ SSSR dövründə tikilən fabrik 2010-cu ildə müflis olub. Onun kredit borcu olduğu banklardan biri də "Возрождение" olub. bank 2015-ci ildə fabriki satın alıb və hazırda da satışa çıxarıb.
Ağalarov hərracda ilk olaraq 120 milyon rubl təklif edib. Sonda isə fabriki 183 milyon rubla (təxminən 4,9 milyon manat) alıb.