"KİV-lərin iqtisadi müstəqilliyi güclənəcək" — Əflatun Amaşov gözləntilərini AÇIQLADI

SİYASƏT 11 dek 2019, 21:23

Artıq 2019-cu il tədricən başa çatmaq üzrədir. Maraqlıdır, başa çatmaqda olan bu il jurnalistikamızın inkişafı baxımından necə dəyərləndirilə bilər ? 2020-ci illə bağlı əsas gözləntilərimiz nədən ibarət olmalıdır?

 

Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədri Əflatun Amaşov 2019-cu ilin bir çox baxımdan media üçün önəmli olduğunu vurğuladı:

 

“İstənilən cəmiyyətlərdə medianın qazandığı ən böyük uğur onun ölkə həyatında iştirak dərəcəsi ilə ölçülür. Hesab edirəm ki, 2019-cu il bizim üçün bu baxımdan önəmli oldu. Kütləvi informasiya vasitələrimiz cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş islahatların ən böyük dəstəkçisinə çevrildilər.

 

Jurnalistikamız ortaya qoyduğu mövqe və dəst-xəttlə sübut etdi ki, cəmiyyətin ən etibarlı və mütərəqqi, həm də oturuşmuş ictimai institutudur. Belə statusun qazanılması sıradan məsələ deyil, son dərəcə ciddi uğurdur. Demək ki, mediamız cəmiyyətimizlə həmahəngdir, onun ruhundan irəli gələn istək və arzuların tribunasıdır.

 

Ümumən mediamız ildən-ilə təkmilləşməkdədir, inkişaf etməkdədir. Bu inkişaf dövrün, zamanın tələbidir. Dövrün tələbi onun daha ciddi şəkildə təşkilatlanmasına ehtiyac yaradır. İnanıram ki, ölkəmizdəki islahat ruhunun gətirdiyi yeni nəfəs jurnalistikamızda böyük və mütərəqqi dəyişiklikləri şərtləndirəcək. Mediamız ölkəmizin reklam bazarının tərkib hissəsinə çevriləcək, onun iqtisadiyyatımızda yeri və rolu artacaq, KİV-lərin iqtisadi müstəqilliyi güclənəcək. Bütün bunlar həm də cəmiyyətdə söz və ifadə azadlıqlarının dərinləşməsi deməkdir. 2020-ci ildən gözləntilərim budur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top