Veteranlıq statusu ala bilməyən döyüşçülərin etirazı: “Tankı mənə dədəm alıb verməmişdi?” (VİDEO)

SOSİAL 11 dek 2019, 20:14

Azərbaycanda saxta Qarabağ müharibəsi əlilləri və veteranlarının çoxluğundan şikayət edirik. Hətta onların üzə çıxarılması üçün dövlət qurumları da iş görür. Məsələ ondadır ki, saxtaları üzə çıxarmağa cəhd edilsə də, həqiqətən döyüşlərdə iştirak etmiş, yaralanmış şəxslər var ki, veteranlıq statusu ala bilmir.


Bir qrup keçmiş döyüşçü Yenicag.az-a müraciət edərək, problemlərini dilə gətiriblər.


Keçmiş 708 saylı hərbi hissənin tank taborunun şəxsi heyətinin bir hissəsi arxivdə sənədlərinin olmamasından və ad, soyad, xüsusən də ata adlarındakı hərf səhvlərinə görə veteranlıq statusu ala bilməmələrindən şikayətçidirlər.


Müdafiə Nazirliyinə, məhkəmələrə və digər müvafiq orqanlara dəfələrlə müraciət etmələrinə baxmayaraq, onlar haqlarını bərpa edə bilmirlər.


Keçmiş döyüşçülərin sənəd problemləri ilə bağlı videoreportajı təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top