Xanım icra başçısı sakinlərlə bərabər küçələrə baxış keçirdi — Problemlərin həlli üçün tapşırıqlar verdi (FOTOLAR)

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Aşağı Güzdək qəsəbə sakinlərilə növbəti səyyar qəbul-görüşü keçirilib. 


Demokrat.az xəbər verir ki, görüşdə İcra Hakimiyyəti başçısının müavinləri, icra aparatının şöbə müdirləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak edib.


Ölkədə, eləcə də Abşeron rayonunda həyata keçirilən quruculuq, abadlıq işlərindən danışan İ.Gülməmmədova əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və içməli su ilə təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətdən söz açıb. 


Abşeron rayonunun bütün kənd və qəsəbələrində olduğu kimi Aşağı Güzdək qəsəbəsində də əhalinin surətlə artdığını və bunun da nəticəsində qəsəbədə kommunal xidmətlərin tam şəkildə göstərilməsi üçün bəzi təlabatların yarandığını önə çəkən İ.Gülməmmədova yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini istiqamətdə mühüm addımların atıldığını bildirib.


Sonra Abşeron RİH başçısının Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Şükürovun və qəsəbə bələdiyyəsinin sədri Mahuzər Şirəliyevanın hesabat xarakterli məruzəsi dinlənilib.


Daha sonra çıxış edən qəsəbə sakinləri əsasən küçələrin abadlaşdırılması, yeni məhlələrə kanalizasiya xətlərinin çəkilməsi və digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş ediblər. İştirakçılar tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bir qismi yerindəcə həll edilib, vaxt və maliyyə tələb edən məsələlərin həlli istiqamətində isə lazimi tapşırıqlar verilib.


Qəbuldan sonra Aşağı Güzdək 29 saylı körpələr evi – uşaq bağçasına gələn İ.Gülməmmədova burada yaradılan şəraitlə tanış olub. 


Xanım başçı daha sonra qəsəbənin mərkəzinə gələrək sakinlərlə küçələrə baxış keçirib, problem və çatışmamazlıqları yerindəcə araşdırıb, lazimi göstəriş və tapşırıqları verib. 

11 Dekabr 2019, 18:11   
SOSİAL bölməsinə aid digər xəbərlər
Loading...
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin