Karate üzrə tarixdə ilk dəfə "Azerbaijan Open" və Qran-Pri turniri keçirildi — FOTOLAR

Dekabrın 6-8-də Bakıda Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının (AKFA) təşkilatçılığı ilə Karate üzrə Azərbaycan Open və Qran Pri Baku turniri keçirilib.

 

Demokrat.az-ın məlumatına görə, Bakıda ilk dəfə təşkil olunan yarışa dünyanın 10 ölkəsindən 500-ə qədər idmançı qatılıb. Açıq xarakterli turnirdə ölkəmizi 300-ə yaxın karateçi təmsil edib. Yarışda yeniyetmə, gənclər, böyüklər və veteranlar mükafatlar uğrunda mübarizə aparıblar.

 

Tədbiri giriş sözü ilə Dünya Şotokan Federasiyasının İdarə heyətinin üzvü, qurumun Azərbaycandakı rəhbəri, Dünya və Avropa çempionu Arif Məmmədov açıb. O, ilk olaraq Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının prezidenti, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyevin təbriklərini və xoş sözlərini tədbir iştirakçılarına çatdırıb.

 

İdmançılarımızın Azərbaycan Open Turnirində etimadı doğrultduğunu deyən əməkdar idman ustası, əməkdar məşqçi Arif Məmmədovun sözlərinə görə, 30 ildən çoxdur idmanla məşğul olur və bu idman növünün inkişafı üçün əlindən gələni edir: “Bu yarışı ölkədə ilk dəfə olaraq təşkil etdik. Azərbaycan Open və Qran Pri Baku adı ilə. Qran Pri-də pul mükafatı da nəzərdə tutulmuşdu. Həm idmançılar həm də məşqçilər üçün. Bu yarış Azərbaycanda ənənəvi olaraq hər il keçiriləcək. Gələn il üçün yarışın vaxtını, məkanını planlaşdırırıq. Azərbaycanlı idmançılar da çox yaxşı iştirak etdilər. Təşkilatçılıq yüksək səviyyədə idi. Xüsusilə də yarışın medalları çox gözəl tərtib olunmuşdu. Hər kəs bu medallardan danışırdı. Çünki Azərbaycanda ilk dəfə idi qaliblərə belə medallar verilirdi. Çox qiymətli idi, təmiz qızıl suyuna çəkilmişdi”.

 

Nəticələrə gəlincə, Rəşad Mahmudov, Hüseyin Məmmədov, Siyavuş Quliyev, Asim Məmmədov, Elcan Məmmədrzayev, Məhəmməd Allahverdiyev, Süsənbər Həsənzadə, Fidan Həmidova, İnci Əzizova və Renata Ərəbli öz yaş qruqlarında turnirin baş mükafatına yiyələniblər. Komanda hesabında seçməmiz 1-ci yeri tutub. Moldova kollektivi 2-ci, İraq millisi isə 3-cü pillədə qərarlaşıb.

 

11 Dekabr 2019, 16:40   
İDMAN bölməsinə aid digər xəbərlər
Loading...
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin