REAL Partiyası da namizədlərini açıqladı

GÜNDƏM 11 dek 2019, 16:00

Respublikaçı Alternativ Partiyası (ReAl) fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərini elan edib.

 

Partiyadan Demokrat.az-a verilən məlumata görə, ReAl və bitərəf namizədlər koalisiya yaradaraq parlament seçkilərində çıxış edəcəklər.

 

Respublikaçı Alternativ Partiyası və bitərəf namizədlər arasında yaradılan ittifaq "ReAl Cümhuriyyətçilər” adlanır.

 

Bildirilib ki, Erkin Qədirli 16 saylı Yasamal ikinci seçki dairəsindən parlament seçkilərinə namizəd kimi çıxış edəcək.

 

ReAl Partiyasından Vasif İsmayıl 41 saylı Sumqayıt birinci, Elçin Haqverdiyev isə 22 saylı Nəsimi ikinci seçki dairələrindən namizədliklərini irəli sürəcəklər.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top