"Paşinyanın Qarabağla bağlı heç bir planı yoxdur" — Köçəryan

DÜNYA 11 dek 2019, 19:05

Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Qarabağ münaqişəsinin nizamlanmasının bütün tərəfləri qane etməsi barədə açıqlamaları Yerevanın bu məsələdə öz mövqeyinin olmadığını göstərir.

 

Bunu konstitusiyanı devirmək ittihamı ilə həbsdə olan Ermənistanın sabiq prezidenti Robert Köçəryan jurnalistlərə deyib.

 

"Paşinyanın "münaqişənin həlli ilə bağlı qərar bütün tərəfləri qane etməlidir" şüarı - boş və mənasız bir söz, ibtidai vasitəçi düsturudur. Bu, Ermənistanın hərəkət planının olmadığının birbaşa sübutudur", - Köçəryan “Hraparak” qəzetinə müsahibəsində bildirib.(Virtualaz.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top