“Müsavat”ın funksioneri müsavatçı jurnalisti məhkəməyə verdi

SİYASƏT 11 dek 2019, 13:02

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı Almaniyada yaşayan müsavatçı jurnalist Yafəz Həsənovun (Əkrəmoğlu) cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məhkəməyə müraciət edib.


Demokrat.az-ın xəbərinə görə, Binəqədi Rayon Məhkəməsinə verilən xüsusi ittiham qaydasında şikayətdə Yafəz Əkrəmoğlunun Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə cəzalanması istənilib.

 

Xüsusi ittiham qaydasında şikayət hakim Abbas Rzayevin icraatına verilib.

 

Qeyd edək ki, iddiaya Yafəz Əkrəmoğlunun Müsavat Partiyasının Almaniyada "mühacir alver"ni təşkil etdiyi və bu prosesdə partiyanın rəhbərliyinin iştirak etməsi barədə iddialarla çıxış etməsi səbəb olub.

 

Böhtan əməli sübuta yetirilərsə, onu min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir. 

 

Xatırladaq ki, Y.Əkrəmoğlu "Azadlıq" Radiosunun əməkdaşı olub və bir neçə ildir ki, Avropada mühacirətdə yaşayır. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top