Nazir müavinindən saxta şprislər barədə AÇIQLAMA

SOSİAL 11 dek 2019, 12:00

"2020-ci ildən Azərbaycanda şprislərin fiziki parametrlərinin yoxlanılmasına başlanılacaq".


Demokrat.az bildirir ki, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, gələn ildən bununla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində laboratoriyalar quraşdırılacaq: "Şprislərin ucluqları və polietilin keyfiyyəti yoxlanılacaq. Bütün dərman preparatlarında olduğu kimi Səhiyyə Nazirliyi tərəfindən şprislərin də stirelliyi yoxlanılır və bunun standartları müəyyənləşib".

 

Nazir müavini bildirib ki, Azərbaycanda 3 hissəli şprislər qadağan olunmayıb: "Azərbaycanda istehsal olunan şprislərin standartı müəyyənləşib. Bəzi qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən vurğulanır ki, 3 hissəli şprislərin qadağan olunması ilə bağlı müddəa yoxdur. Bu cür şprislər bütün dünyada istifadə olunur. Buna görə də 3 hissəli şprislərin saxta olması iddiası əsasında əhalini yanlış yola yönəltmək düzgün deyil. Azərbaycanda istehsal olunan şprislər müasir tələblərə görə 2 hissəlidir. Bu şprislərin standartları Azərbaycanın müvafiq institutu tərəfindən və təsdiq olunub".

 

E.Ağayev vurğulayıb ki, Səhiyyə Nazirliyi Azərbaycana idxal olunan şprislərlə bağlı tabeliyində olan qurumlara tapşırıq verib: "Apteklərdə yoxlamalar aparılan zaman onlardan nümunələr götürülür və sterilliyi Səhiyyə Nazirliyinin laboratoriyaları tərəfindən bir daha yoxlanılır". (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top