Rusiya millisi dövlət bayrağı olmadan olimpiadaya getməkdən imtina etdi

İDMAN 11 dek 2019, 11:09

Boks üzrə Rusiya milli komandası dövlət bayrağı olmadan Tokio-2020 Yay Olimpiya Oyunlarında yollanmaqdan imtina edib.

 

Bu barədə RİA "Novosti”yə Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyov bildirib.

 

Qeyd edək ki, dekabrın 9-da Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanın beynəlxalq yarışlardan 4 il müddətinə kənarlaşdırıması ilə bağlı qərar çıxarıb. Səbəb kimi Rusiya Antidopinq Agentliyinin (RUSADA) Moskva Antidopinq Laboratoriyasının məlumatları saxtalaşdırması göstərilib. Bununla belə, Rusiya idmançılarının olimpiadada neytral statusda çıxış etmələrinə icazə verilib.

 

Cəza Tokio-2020 Yay Olimpiya Oyunları və 2022-ci il futbol üzrə dünya çempionatının final mərhələsinə də şamil edilir. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top