Müsavat seçkilərə gedən namizədlərini açıqladı

SİYASƏT 11 dek 2019, 10:05

“Seçki dairələrinin əksəriyyətindən namizədlərimizi müəyyən etdik”.


Demokrat.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

 

“Onların sırasında siyasət və dövlət xadimləri, istiqlalçı millət vəkilləri, keçmiş parlament üzvləri, professorlar, elmlər doktorları, hüquqşünaslar, vəkillər, keçmiş siyasi və vicdan məhbusları, jurnalistlər, politoloqlar, gənc siyasi fəallar var.

 

Bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var”,-deyə Arif Hacılı bəyan edib.

 

Arif Hacılı deyib ki, həftəsonunadək Azərbaycan parlamentində görmək istədikləri tərkibi, dairələr üzrə namizədlərin tam siyahısı elan edəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top