UEFA Çempionlar Liqasında VI turun ilk oyun gününə yekun vurulub.
Matçların yekununda 1/8 finala yüksələn daha 6 komandanın adı müəyyənləşib. Bunlar İngiltərənin "Liverpul" və "Çelsi", İspaniyanın "Valensiya", İtaliyanın "Napoli", Almaniyanın "Borussiya" (Dortmund) və Fransanın "Lion" klublarıdır. Qruplarda 3-cü yeri tutan Avstriya "Zaltsburq"u, İtaliya "İnter"i, Portuqaliya "Benfika"sı və Hollandiya "Ayaks"ı mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək. Belçikanın "Genk", Çexiyanın "Slaviya" (Praqa), Rusiyanın "Zenit" və Fransanın "Lill" kollektivləri isə qrupda qalıb.
Beləliklə, 1/8 finala yüksələn komandaların sayı 14-ə çatıb.
Daha əvvəl bu vəsiqələri İspaniyanın "Barselona" və "Real Madrid, Almaniyanın "Bavariya" və "Leyptsiq", İngiltərənin "Mançester Siti", İtaliyanın "Yuventus" və Fransanın PSJ klubları yiyələnib. Qalan 2 vəsiqənin sahibi ikinci oyun günündə müəyyənləşəcək.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
10 dekabr
E qrupu
21:55. "Napoli" (İtaliya) - "Genk" (Belçika) - 4:0
Qollar: Arkadiuş Minlik, 3; 26; 38-pen. Dris Mertens, 75-pen.
21:55. "Zaltsburq" (Avstriya) - "Liverpul" (İngiltərə) - 0:2
Qollar: Nəbi Keyta, 57. Məhəmməd Salah, 58
Xal durumu: "Liverpul" - 13, "Napoli" - 12, "Zaltsburq" - 7, "Genk" - 1.
F qrupu
24:00. "İnter" (İtaliya) - "Barselona" (İspaniya) - 1:2
Qollar: Romelu Lukaku, 44 - Karles Peres, 23. Ansu Fati, 86
24:00. "Borussiya" (Dortmund, Almaniya) - "Slaviya" (Praqa, Çexiya) - 2:1
Qollar: Ceydon Sanço, 10. Yulian Brandt, 61 - Tomaş Suçek, 43
Qırmızı vərəqə: Yulian Vayql, 77 ("Borussiya")
Xal durumu: "Barselona" - 14, "Borussiya" - 10, "İnter" - 7, "Slaviya" - 2
G qrupu
24:00. "Lion" (Fransa) - "Leyptsiq" (Almaniya) - 2:2
Qollar: Ussem Auar, 50. Memfis Depay, 82 - Emil Forsberq, 9-pen. Timo Verner, 33-pen.
24:00. "Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya) - 3:0
Qollar: Franko Servi, 47. Pitsi, 58-pen. Sərdar Azmun, 79-avtoqol
Qırmızı vərəqə: Duqlas Santos, 56 ("Zenit")
Xal durumu: "Leyptsiq" - 11, "Lion" - 8, "Benfika" - 7, "Zenit" - 7
H qrupu
24:00. "Çelsi" (İngiltərə) - "Lill" (Fransa) - 2:1
Qollar: Temmi Abraham, 10. Sesar Aspilikueta, 35 - Loik Remi, 78
24:00. "Ayaks" (Hollandiya) - "Valensiya" (İspaniya) - 0:1
Qol: Rodriqo, 24
Xal durumu: "Valensiya" - 11, "Çelsi" - 11, "Ayaks" - 10, "Lill" - 1.
Report