Mirşahin Ağayev illər sonra öz fikrini inkar etdi — VİDEO

GÜNDƏM 10 dek 2019, 19:06

Xəbər verdiyimiz kimi, “REAL Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (REAL TV) baş direktoru Mirşahin Ağayev  “102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti olmadığını bildirib.  

 

Demokrat.az  xəbər verir ki, tanınmış jurnalist, 102,0 FM radio tezliyinin Milli Qəhrəman Çingiz Mustafayevin adını əks etdirmədiyini, "ÇM"-in  Частотная Mодуляция (tezlik modulyasiyası) ifadə etdiyini qeyd edib.

 

Demokrat.az  olaraq bildiririk ki, ANS telekanalında M.Ağayev illər öncə ANS ÇM radiostansiyasının Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıdığını xüsusi vurğulamışdı. Bu gün isə o, “102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti olmadığını dilə gətirir. Hər iki fikri tutuşduranda, M.Ağayevin özünü təkzib etdiyi üzə çıxır.

 

İllər öncə efirə gedən həmin kadrları və digər məqamları diqqətinizə çatdırırıq:

 

 

 

Zaur Hacılı

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top