İqbal Ağazadə: "Milli Şuranın yerinə mən niyə düşünməliyəm?"

SİYASƏT 10 dek 2019, 20:14

Milli Şura növbədənkənar parlament seçkiləri ilə bağlı qərar verib.

 

Demokrat.az-n məlumatına görə, bununla bağlı Milli Şura bəyanat yayıb.

 

Bəyanatda bildirilir ki, Milli Şura 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. Bir neçə gün öncə REAL partiyasının sədri İlqar Məmmədov

Bizimyol.info-ya verdiyi açıqlamada seçkiləri boykotu qəbul etmediyini demişdi.

 

Ümid partiyasının sədri İqbal Ağazadə Milli Şuranın bu qərarına münasibət bildirib.

 

“Mən hamının qərarına hörmətlə yanışıram.Heç kim heç bir siyasii təşklatın siyasi çıxarlarını, maraqlarını, gəlirlərini və itkilərini o təşkilatın özü qədər ölçüb-biçə bilməz.Milli Şura hesab edirsə ki, o seçkilərə qatılmaqmaqla cəmiyyətdə daha çox divident qazanacaq, ətrafına daha çox insan toplayacaq onun yerinə mən niyə düşünməliyəm? Mən tərsinə düşünürəm və düşündüyümə görə də seçkilərə qatılacam.Mən düşünürəm ki, qatılmaqla daha çox şey əldə edəcəm. Onları asıb-kəsə bilmərəm. Hər kəs öz hərəkətini haqlı bilib edir”.

 

“Seçkilərin demokratik qaydada keçirilməsinə inanırmı?! Sualımızı İqbal bəy aşağıdakı kimi cavablandırdı:

 

“Mən həmişə seçkinin nəticələrinin necə olacağından, demokratik və qeyri-demokratik olub-olmamasından asılı olmayaraq seçkidə iştirakın daha çox fayda verdiyinə inanıram, ona görə öncədən bədbin proqnoz vermək istəmirəm, sadəcə iştirak etmək lazımdır”.

 

V çağırış deputatların yenidən seçilməsi məsləsi də söhbətimizdə yer aldı. İqbal bəy bu sualımıza da şişi və kababı yandırmadan cavablamağa üstünlük verdi:

 

“O ki qaldı keçmiş deputatların yenidən seçilmək arzusuna . Hər kəsin seçilmək və seçkidə iştirak etmək hüququq var. Hər kəsin mənsub olduğu təşkilat və ya özü bunu müəyyənləşdirməlidir”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top