Demokrat.az-ın qaldırdığı məsələ öz həllini tapdı — Ağaclar bərpa olundu

SOSİAL 10 dek 2019, 18:28

Dünən Demokrat.az olaraq Bakının Səbail rayonu ərazisində əkilmiş ağacların baxımsız vəziyyətə düşdüyünü yazmışdıq. Problemi işıqlandırdıqdan sonra aidiyyatı qurumlar məsələnin həll olunması üçün əməli fəaliyyətə keçiblər. 

 

Belə ki, Bakı Televiziya Qülləsi (Teleqüllə) yaxınlığında əkilən ağacların vəziyyətinin heç də ürəkaçan olmadığını qeyd etmişdik. Məsələdən cəmi bir gün sonra problem həll olunub və ağacların bərpasına start verilib. 

 

Problemin tez bir zamanda öz həllini tapdığına və məsələyə laqeyd qalmadığına görə, Səbail rayon İcra Hakimiyyətinə öz təşəkkürümüzü bildiririk. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top