Elmira Süleymanova yeni işindən DANIŞDI: “Əhvalım da yaxşıdır”

SOSİAL 10 dek 2019, 18:08

Azərbaycanın İnsan Hüquqları üzrə ilk Müvəkkili olmuş (sabiq Ombudsman) Elmira Süleymanova Milli Elmlər Akademiyasında (AMEA) tam ştatla işə götürülüb.

 

Demokrat.az xəbər verir ki, yeni işi barədə Modern.az-a danışan Elmira Süleymanova əslində AMEA-da uzun illərdir ki, çalışdığını deyib:


“AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda  1950-ci ildən çalışıram. Sadəcə olaraq  baş elmi işçi vəzifəsində  yarımştat kimi işləmişəm, indi isə tam ştata keçmişəm”.


İlk müvəkkil əhvalının yaxşı olduğunu da qeyd edib:


“AMEA mənə yad yer deyil. İşimi burda davam etdirəcəm Hər şey qaydasındadır. Mənimlə maraqlanan hər kəsə minnətdarlığımı bildirirəm”.
E.Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. 1959-cu ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərib, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1967-ci ildə kimya elmləri namizədi, 1980-ci ildə elmlər doktoru elmi dərəcələri alıb, 1982-ci ildə isə professor seçilib.

 

 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür. Neft-kimya sintezi və incə üzvi sintez üzrə mütəxəssisdir. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir.

 

E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın Ombudsmanı olub.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top