Nazirlər Kabinetinə yeni səlahiyyət verildi — FƏRMAN

SOSİAL 10 dek 2019, 17:55

Prezident İlham Əliyev “Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

 

Fərmanla Nazirlər Kabinetinə yeni səlahiyyət verilib.

 

Belə ki, fərmanda aşağıdakı dəyişikliklər edilib:

 

1. 2.1-ci bənddən “4.2-ci maddəsində,” sözləri çıxarılsın və həmin bənddə “39.2-ci maddəsində (birinci halda)” sözləri “39.2-ci maddəsində (birinci və ikinci hallarda)” sözləri ilə əvəz edilsin.

 

2. Aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

 

“2.1-1. həmin Qanunun 39.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.

 

3. 2.2-ci bənddə “39.2-ci maddəsində (ikinci halda)” sözləri “39.2-ci maddəsində (üçüncü halda)” sözləri ilə əvəz edilsin.

 

4. 2.4-cü bənddən “4.2-ci maddəsində,” sözləri çıxarılsın və həmin bəndə “39.2-ci maddəsində” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilsin.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top