Bakı Limanının Baş direktoru Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşdü - FOTOLAR

SİYASƏT 10 dek 2019, 17:42

Bakı Limanının Baş direktoru Taleh Ziyadov Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Bernardo Ribeiro ilə görüş keçirib.

 

Baş direktor Taleh Ziyadov Bakı Limanının strateji qlobal nəqliyyat dəhlizlərin kəsişməsində yerləşdiyini və həm Avropadan Çinə həmdə, Çindən Avropaya yüklərin daşınmasında aktiv fəaliyyət göstərdiyini bildirdi. Eyni zamanda, Bakı Limanı 21-ci əsrin limanı kimi səciyyələndirilir və burada işlərin böyük hissəsi avtomatlaşdırılıb. Limanın “Ecoports” sertifikatı alaraq Avropanın 34 limanından biri olduğu barədə məlumat vermişdir. Görüşdən sonra B.Ribeiro Ələtdəki Bakı Limanına səfər edib və burada limanın İstismar xidmətinin rəisi Eugene Seah qonaqa liman əməliyyatları barədə təqdimat keçirib. Daha sonra diplomat liman ərazisi ilə əyani olaraq tanış olub.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top