Qalmaqallı posterin sahibi: "Burada başqa məna axtarmağa dəyməz" (FOTO)

GÜNDƏM 10 dek 2019, 14:35

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. Namizədlər təşviqat materiallarının yayılması üçün sosial şəbəkələrdən də istifadə edirlər.


Zabrat bələdiyyəsinə namizədliyini irəli sürmüş Rövşən Əliyevin "5 dəqiqə mənimlə olun, 5 il sizinlə olum" şüarı yazılan təbliğat posteri isə sosial şəbəkələrdə geniş yayılıb, müzakirələrə səbəb olub.


"Report" məsələ ilə bağlı R.Əliyevə müraciət edib. Namizəd bildirib ki, ona məxsus təbliğat materialının sosial şəbəkələrdə müzakirələrə səbəb olmasından xəbərsizdir: 


"Bələdiyyəyə namizəd kimi təbliğat şəklimin üzərinə yazılan fikir özümə məxsusdur və burada başqa heç bir məna axtarmağa dəyməz. Bu şüarın mənası odur ki, yəni, 5 dəqiqənizi ayırın, gəlin mənə səs verin, mən də beş il ərzində bələdiyyə kimi sizi təmsil edim. Burada başqa nə məna ola bilər ki? İnsan gərək başqalarının fikrinə hörmət etsin, sonra öz fikri barədə ətraflı izah versin. Burda müzakirə ediləcək, səhv başa düşüləcək və ya yozulacaq nə var ki?"


R.Əliyev bildirib ki, seçkilərdə uğur qazanacağına inanır:


"General olmağı arzulamayan əsgər, yaxşı əsgər deyil. İnşallah, Allah qismət etsə, seçiləcəyəm".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top