Əsəd Fransada mühakimə olunacaq

DÜNYA 10 dek 2019, 15:33

Suriya Prezidenti Bəşər Əsədin əmisi, Suriyanın keçmiş vitse-prezidenti Rifat Əsədin “Suriya dövlət vəsaitlərini qanunsuz şəkildə istifadə edərək əmlak imperiyası qurmaq” ittihamı ilə Fransada mühakimə olunacağı bildirilib. 


Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, Rifat Əsəd Fransa rəsmiləri tərəfindən şikayət olunduğu üçün istintaqa cəlb edilib.
 

Suriya Prezidenti Bəşər Əsəd isə əmisinin ittihamları rədd etdiyini və səhhətində problemlər olduğu üçün məhkəmə iclasına qatılmayacağını ifadə edib.
 

Qeyd edək ki, Rifat Əsəd 1980-ci ildə dövlət çevrilişinə cəhd etdiyi üçün Suriyanın keçmiş prezidenti Hafiz Əsəd tərəfindən sürgünə göndərilib və uzun müddətdir ki, Avropada yaşayır.(Ayna.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top