Səhiyyə Nazirliyi dəhşətli yanğında zəhərlənənlərlə bağlı məlumat yaydı — YENİLƏNİB

GÜNDƏM 10 dek 2019, 11:57

Səhiyyə Nazirliyi Bakı şəhərinin “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla bağlı növbəti məlumat yayıb.


Nazirlikdən Oxu.Az-a bildirilib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq beş briqada cəlb olunub:


“Saat 10:45-ə olan məlumata görə altı nəfərə yerində yardım göstərilib, iki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib”.


10:02


Səhiyyə Nazirliyi Bakı şəhərinin “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla bağlı yeni məlumat yayıb.


Nazirlikdən Oxu.Az-a bildirib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq beş təcili tibbi yardım briqadası cəlb olunub:


“Saat 09:50-yə olan məlumata görə iki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top